|
Rəbiyyət
Aslanova
Millət Vəkili, Milli Məclisin İnsan hüquqları daimi
komissiyasının sədr müavini
Azərbaycanda İnsan hüquqları və milli təsisatlar
Demokratiya insanların şüurunda dəyişilik deməkdir. Bu
dəyişiklik heç bir inqilabla olmur, təkamül yoluyla tədricən
gedir?. (H. Əliyev)
Bəşəriyyətin inkişaf tarixi əslində insan hüquq və
azadlıqlarının düşüncələrindən tətbiqata, xəyaldan gerçəkliyə
çevrilmə prosesində müşahidə olunan mübarizələr tarixidir.
Özünüdərkdən özünütəsdiqə uzanan keşməkeşli yollarla
irəliləyərək dünyada onun maddi və mənəvi varlığını
məhdudlaşdırmaq istəyən maneələri, sədləri dəf etməyə çalışan
insan daimi haqq və ədalət axtarışlarında olmuş, mükəmməl
cəmiyyət, müasir ifadəylə, ilk növbədə daxili azadlığını təmin
edəcək demokratik dövlətə qovuşmaq üçün mücadilə verilmişdir.
İnsanlığın tərəqqisinə xidmət edən tarixi şəxsiyyətlər öz əqli
imkanlarını bu ideyanın reallaşması yollarının tapılmasına
yönəltmiş, neçə-neçə azadlıq mübarizi öz canlarını fəda etməkdən
belə çəkinməmiş, artıq bizim üçün tarixə çevrilmiş şanlı
səhifələrə ortaq imza atmışlar.
Əsrlər boyu durmadan sürən mübarizənin qələbə işartıları isə XX
əsrin əvvəllərindən etibarən nəzərə çarpmağa başlayır.
Demokratiya adlanan mənəviyyat göstəricisinin bərqərar olduğu
cəmiyyət məhz bu dövrdən formalaşmağa başlayaraq günün
reallığına dönüşmüşdür. XX əsr bəşəriyyətin tarixində mühüm
hadisələrlə, fikir və əməl dahilərinin tarix səhnəsində
görünməsi, kütləvi ideologiyaların bir-biri ilə toqquşması,
fərdi ?mən?in-siyası fenomen olan kütləvilik tərəfindən məhv
olunmasına çalışan totalıtar rejimlərin formalaşması və iflası
ilə ələmətdardır. Milli ayrı-seçkilik, xalqları qarşı-qarşıya
qoyan siyasi təlimlər həmişə bu və ya digər formalarda
insanlığın təbii inkişafına təsir vasitəsi rolunu oynayıblar.
Ötən əsr məhz belə iki dəhşətli ideologiyanın ? kommunist və
faşizm ideologiyalarının faciəsini yaşadı. Lakin eyni zamanda
geridə buraxdığımız era uzun müddət arzusunda olduğu bir
cəmiyyətin qurulması yolunda əhəmiyyətli addımların atılması ilə
də yaddaşlarınıza həkk olundu. Lakin XX əsr siyasi ideyaların
tarixi taleyinin perespektivi sualına da qəti cavab verə
bilmədi. Çünki onlar insanlar birləşdirməyin konkret yollarının
müəyyənləşdirmək iqtidarında deyildi.
Bu
baxımdan insan hüquqları və azadlıqlarının qorunması, təmin
olunması, bəşəriyyətin xilası üçün yeganə imkan hesab oluna
bilər!
Təbii hüquq cərəyanına əsasən dünyaya gələrkən Tanrı tərəfindən
ona bağışlanmış bir sıra önəmli, vazkeçilməsi və əlindən
alınması mümkün olmayan hüquqlarla birlikdə həyəta göz açır.
Dolayısıyla, özü tərəfindən verilməmiş bu hüquqlar dövlət
tərəfindən də hörmətlə qəbul edilməli, onların qorunması bu
qurumun ən ali vəzifəsi olmalıdır. XVII əsrin sonları, XVIII
əsrin əvvəllərindən etibarən vusət almağa başlayan bu
fərdiyyətçi nəzəriyyəyə görə insan ən ali varlıq kimi ələ
alınmağa başlanmış, onun hüquq və vəzifələrinin insana layiq bir
şəkildə formalaşdırılmasına cəhd edilmişdir. Dövrün ən böyük
tarixi hadisələrindən olan 1789-cu il böyük Fransa inqilabının
nəticəsi olan ?İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi?nin
mətninə görə ?Azadlıq - başqasına zərər verməyən hər şeyi edə
bilməkdir?. Qeyd olunan çağın fikir adamlarından olan Monteskyü
isə azadlığı qanunların icazə verdiyi hər şeyi edə bilmək hüququ
kimi qəbul edir.
Çətin inkişaf mərhələlərindən keçmiş insan haqlarının
ideologiyasının ən əsas hədəfi dövlətin insanların şəxsi
həyatına müdaxiləsi minimuma endirmək və vətəndaşların yaşam
rifahını maksimuma çatdırmaqdan ibarət olmuşdur və bu
keyfiyyətindən indi də heç bir şey itirməməyə davam etməkdədir.
Sivilizasiyanın şahidi olduğu və öz dövrünə nisbətdə ində də
çoxlarının hörmətlə yanaşdığı ən demokratik cəmiyyətlərdən biri
hesab olunan qədim yunan şəhər-dövlətlərində azadlıq yalnız
siyasi fəaliyyətlərə qatıla bilməkdən ibarət idi.
Cəmiyyətin idarə olunmasında yaxından iştirak edən qədim
yunanlar ən xırda ölçüdə məişət problemlərinin həllində
dövlətdən asılı vəziyyətdə idilər. Maraqlıdır ki, müasir
dünyadakı durum qeyd olunanların tərsi istiqamətindədir. Yəni,
yer kürrəsində olan dövlətlərin çoxunda vətəndaşlar öz
problemlərinin həllində tam sərbəst olduqları halda, siyasi
hüquqların bəziləri hələ də onların tam istifadəsinə
verilməməkdədir.
İnsan haqları ideologiyasının əsas məqsədi dövlət tərəfindən
insanların həyatına edilən müdaxiləni minimuma endirməkdir.
Məsələnin paradoksal tərəfi də məhz burada özünü göstərir. Tanrı
tərəfindən verildiyi qəbul edilən hüquqların bəzilərindən imtina
edərək, ortaq mənafe uğrunda qurduğu cəmiyyətə etibar edən insan
zaman keçdikcə bu qurumun əlindən dad etməyə başlamış, verdiyi
haqları geri tələb edərək onunla mübarizəyə qalxmışdı. Yəni
dövlət bu sahədə ən böyük monstra çevrilmişdi. Bu savaş XX əsrin
əvvəllərindən etibarən dönməz xarakter almış, dövlətin insan
üçün olması aksiom kimi qəbul edilməyə başlanmışdı.
Brinci dünya müharibəsindən sonra yaşanmış faciyələrin
təkrarlanmaması üçün qurulan Millətlər Liqası ABŞ Konqresinin
təsdiqindən keçmədiyi üçün zəif doğuldu. Lakin prosesin
səngiməsi artıq mümkün deyildi. BMT kimi qurumu yaradaraq İnsan
hüquqları Ümumi Bəyannaməsini hayqıran bəşəriyyət ard-ardına
Avropa Şurası, Avropa Birliyi kimi əsas qayələri insanın insan
kimi yaşaması olan təşkilatlara həyat verdi. Artıq insan
hüquqları insanlığın inkişaf xəttində nəzəri olaraq bütün
insanlara tanınmasına ehtiyac duyulan ideal bir hüquqlar
siyahısını ifadə edirdi. Bir şey təkzib olunmazdır ki, XXI əsr
yeni dünya nizamının formalaşmasına öz korrektəsini etdikcə,
xalqlar və dövlətlər arasında yeni yüksək səviyyəli münasibətlər
yarandıqca, bəşəriyyət müxtəliflikdə vəhdət nümayiş etdirərək
ümumbəşəri universal idealogiyanın müəyyənləşməsinə doğru
gedəcəkdir.
Geridə buraxdığımız əsrdən fərqli olaraq yaşamaqda olduğumuz
eranın ortaya qoyacağı üstünlük də bu incə məqamda üzə
çıxacaqdır. Tarixən formalaşmış bəşər mədəniyyətin ayrılmaz
hissəsi olan insan haqları problemi həll olunmadan mürəkkəb
sosial, iqtisadi və siyasi çətinlikləri həll etmək mümkün deyil.
Daxili arenada olduğu kimi beynəlxalq miqyasda da bu belə qəbul
olduğundan həm hər-bir dövlətdə, həm də millətlərarası
münasibətlərdə cərayan edən siyasətin mahiyyəti yalnız insan
haqları baxımında düzgün qiymətləndirilə bilər. İflasa uğrayan
ideologiyalar əsrindən fərqli olaraq XXI əsr yalnız insan
haqları ideologiyasını hakim mövqeyə çıxarmaqla uğur əldə edə
bilər. Dövr hərtərəfli inkişaf perespektivləriylə bunun
reallaşacığına dərin ümüdlər yaradır.
Bu
kontekstdə mövcud dünya dövlətlərindən də hər birinin seçəcəyi
əsas ideologiya insan haqları olmalıdır. Cəmiyyətin əsas sosial
oriyentiri də məhz bu yöndə istiqamətlənməlidir.
XX
əsrin son onilliyində Azərbaycanda hüquqi dövlət ideyasının
reallaşmasına zəmin yaradılması, milli-mənəvi dəyərlərə
qayıdışı, mənəvi intibahın başlanması xalqın gələcək taleyi ilə
bağlı problemlərin həlli zərurətini ön plana çəkir. Siyasi
müstəqillik qazanmış respublikamızda məzmun və mahiyyətcə yeni
olan proseslər cəmiyyətin bütün sferalarını əhatə edərək keçid
dövrünün qeyri müəyyənliyinin aradan qaldırılmasına kömək edir.
Vətəndaş cəmiyyətinin formalaşması şəraitində cəmiyyət
üzvlərinin, məsuliyyət və borclarını düzgün başa düşməsi, gedən
proseslərə dərk olunmuş münasibət bəsləməsi, sosial və siyasi
fəallığın daimi vərdişə çevrilməsi təkzib olunmaz həqiqətlərdir.
Lakin bəzi gerçəkliklər də qeyd olunmadan keçilə bilməz. Bu
əhatədə cəmiyyətimizi insan haqlarına münasibətinə görə üç qrupa
bölmək mümkündür;
-
Birinci qrupa daxil olan vətəndaşlarımız insan haqlarını tam
başa düşərək, dərk edərək onun uğrunda mübarizə aparanlardır.
-
İkinci qrupa daxil olan vətəndaşlarımıza elə gəlir ki, insan
haqlarının mahiyyəti dövlətin himayəsində olmaq deməkdir. Yəni
hüquqlarımız Konstitusiyada yazılıbsa, deməli bu işlə yalnız
dövlət məşğul olmalıdır.
-
Üçüncü qrupa daxil olan vətəndaşlarımızı isə insan haqları
problemi ümumiyyətlə maraqlandırmır, o vaxta qədər ki,
özlərini bilavasitə maraqlandıran bir çətinliklə üzləşsinlər.
Digər başqa cəmiyyətlər kimi bizim də ən böyük problemimiz
yuxarıda qeyd olunan ikinci və üçüncü qrupların birinci ilə
əvəzlənməsidir. Bu məsələ hüquqi islahatların həyata
keçirilməsində ən qatı şəkildə özünü büruzə verir. Dünya
praktikasından da əyan olduğu kimi hüquqi islahatlar yalnızca
yuxarılar, yəni hakimiyyət orqanları tərəfindən həyata
keçirildikləri zaman həmişə nəticəsizliklə üzləşmişlər.
Aşağılar, yəni xalq və ya ictimai mühit tərəfindən dəstəklənmə
zaman boyunca bu prosesin ən önəmli ünsürünü təşkil edib. Köhnə
stereotiplərlə yaşayan vətəndaşlarla isə bu işi görmək o qədər
də rahat başa gəlmir. Bəşəriyyətin ən böyük tapıntısına
münasibətdə düşüncəsini dəyişərək onun uğrunda mübarizəyə qalxan
insanlarsız uğurun əldə edilməsi şübhə döğurur.
İnsan haqlarının respublikamızdakı praktikası da ümidverici
notlar üzərində köklənmiş müvəffəqiyyətlər əsasında həyata
keçirilir. Respublika Prezidentinin 22 fevral, 1998-ci il
tarixli ?İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin
edilməsi sahəsində tədbirlər haqqında? Fərmanında deyilir: ...Bu
gün hər bir cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan
hüquqlarına hörmət olmadan mümkün deyil. Demokratiya, inkişaf,
insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi sürətdə
bağlı olan və bir-birini şərtləndirən amillərdir. İnsan
hüquqları müxtəlif iqtisadi və siyasi sistemləri,
ideologiyaların və mədəniyyətlərin mövcud olduğu müasir
dünyamızda insanları və cəmiyyətləri birləşdirən, ən müdrik
kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və
anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət,
insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas
yoludur?.
İnsan hüquqları vahid cəm şəklindədir. Bu hüquqların tam təmin
olunması bütün dövlətlər üçün çətindir, xüsusilə keçid dövrünü
yaşayan cəmiyyətlərdə bu mürəkkəb özünəməxsusluq özünü daha
bariz şəkildə göstərir. İqtisadi sistemin yenidən qurulması,
əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sabitliyin təmin
olunması şəraitində əvvəlki sistemdə yaranmış müsbət dəyərlərin
qorunaraq gələcəkdə translyasiyası zərurəti yəni qurumların,
təsisatların yaranmasını ön plana çəkir.
Bu
gün Azərbaycan hüquqi dövlət ideyasının reallaşdığı, şəxsiyyət,
vətəndaş və cəmiyyət münasibətlərinin demokratik prinsiplərə
əsaslandığı, müxtəlif millətlərin dilinin, dininin,
mədəniyyətlərinin qovuşması nəticəsində yaranmış intellektual
mühitin formalaşdığı bir məkandır.
Hər
ötən illə müqayisədə Azərbaycanda demokratik dəyişikliklərin
həyatımıza tətbiq olunma tempi artan xətt üzrə inkişaf edir.
Vətəndaş cəmiyyətininin formalaşması şəraitində cəmiyyət
üzvlərinin öz hüquq və azadlıqlarının, borc və vəzifələrinin
düzgün dərk edilməsi, sosial və siyasi fəallığın artmasını
tarixi zərurətə çevirir. Müasir dünyada hər bir dövlətin
demokratik dəyərlərə sadiqliyi onun insan hüquqlarına munasibəti
ilə müəyyən olunur. Müstəqil Azərbaycanda demokratiyanın
inkişafı yolunda atılan ən mühüm addımlardan biri dövlət ?
vətəndaş münasibətlərinin XXI əsrin tələblərinə uyğun
köklənməsidir. Dövlətimizin qəbul etdiyi qanunlar, dövlət
başçımızın imzaladığı fərmanlar, mükəmməlliyi ilə fəxr etdiyimiz
Konstitusiyamız, insan hüquqlarının qorunmasını təmin edən
beynəlxalq sazişlər, bəyannamələr, beynəlxalq paktlarla
həmrəyliyimiz məhz bu ali məqsədə xidmət edir.
Demokratiya adlanan mənəviyyat göstəricisinin bərqərar olduğu
cəmiyyətimizdə dövlət öz vətəndaşlarının hüquqlarının təmin
olunmasına, onların azadlıqlarının qorunmasına, imkan və
bacarıqlarının reallaşmasına imkan yaradır. Vətəndaşlar da
qarşılıqlı qayğı əsasında dövlətin siyasi və iqtisadi
maraqlarının müdafiəçinə çevrilir, dövlətin əsaslarının
möhkəmliyini təmin edir.Filosoflardan biri yazır: ?Ədalətlə
idarə olunan dövlətdə yaxşı vətəndaş olmaq asandır?. Məhz belə
bir harmoniya güclü dövlət ideyasını həqiqətə çevirir.
Ötən on il sübut edir ki, demokratiya ilk növbədə insanların
şüurunda dəyişiklik deməkdir.
İnsanın bir varlıq kimi mövcudluğu, vətəndaş kimi özünütəsdiqi
öz hüquq və azadlıqlarını, vəzifə və borcunu, əxlaqi
məsuliyyətini dərk etdiyi andan başlayır. Digər bir paradoks
ondan ibarətdir ki, dünyanın taleyinin ondan asılı olduğunu dərk
etdiyi andan insan təbiətində daxili ziddiyyətlər meydana gəlir
və öz hüquqlarını başqalarının azadlıqlarını məhdudlaşdırmaq
hesabına reallaşdırmaq istəyi baş qaldırır. Təəssüf ki,
qloballaşmaqda olan dünyamız bu bəladan yaxa qurtarmağa nail ola
bilməyib. Bəşəriyyətin yaratdığı ən qiymətli sənədlər içərisində
insan hüquqlarının müdafiəsini əks etdirən sənədlər ali
humanizmin təzahürü olub, insana öz daxili şərinə qarşı
mübarizədə kömək üçün vacibdir.
İnsan hüquqlarının qorunmasını Azərbaycan dövlətinin əsas
prinsiplərindən biri sayan Əsas Qanunumuzun ? Konstitusiyamızın
üçdə iki hissəsində öz əksini tapması təsadüfi deyildir. İnsan
azadalığı, söz, vicdan azadlığı, bütün vətəndaşların eyni hüquqa
malik olması, siyasi plüralizm Azərbaycanda demokratik
cəmiyyətin əsas atributları kimi bərqərar olmuşdur. Ölkədə
müxtəlif yönümlü siyasi partiyaların sərbəst fəaliyyəti,
yüzlərlə qəzet və jurnalların nəşr edilməsi, dini etiqad
azadlığı günümüzün reallığıdır.
Vətəndaş cəmiyyətinin əsas tələblərindən biri olan prinsip
dövlətin vətəndaş səviyyəsinə enməsi demokratik təsisatların
rolunun artması, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin
güclənməsi nəinki respublika daxilində, həmçinin beynəlxalq
ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən
nailiyyətlərdəndir. Bu sahədə aparılan islahatlar Azərbaycanın
Avropa hüquq məkanında fəaliyyət göstərən beynəlxalq
standartlara tam uyğnluğunu təsdiq edir.
Müasir dünyamızda iqtisadi, siyasi, sosial səviyyələrinin
müxtəlifliyinə baxmayaraq bütün ölkələr insan hüquqları
prinsiplərinə sadiqliyini bəyan edir. Siyasi liberalizasiya və
demokratikləşmə prosesinin genişlənməsi bu dövlətlərin,
hökümətlərinin fəaliyyətlərinin məhz bu prinsiplərə əsasən
istiqamətləndirilməsini zərurətə çevirir.
İnsan hüquqlarıın müdafiəsi üzrə ixtisaslaşmış qurumların
formalaşması, yeni milli modellərin xarakteri və özünəməxsusluğu
beynəlxalq və milli təsisatların birgə fəaliyyəti diqqət
mərkəzində olan problemlərdəndir.
Bu
təsisatlar içərisində Ombudsman (insan hüquqları üzrə xalq
müvəkkili) institutu xüsusi əhəmiyyətə malikdir.
İnsan hüquqlarının müdafiəçisi funksiyasını yerinə yetirən qurum
ilk dəfə 1709-cu ildə İsveçdə təsis edilməsini iddia edən
tədqiqatçılar, Şərqin dövlətçilik tarixində mövcud olan
mütərəqqi ənənələri ağsaqqalların cəmiyyətdəki böyük nüfuzunu,
Dədə Qorqud müdrüklüyünün insan haqarının qorunmasına yönəlmiş
kəlamlarını nədənsə nəzərə almırlar.
Dini-mənəvi dəyərlərimizə görə Allah insanları yer üzərində
ədalətli davranmaq, mərhəmət, şəfqət hissini unutmamaq, birinin
fikrinin, hüquqlarının məhdudlaşdırılmasına yol verməmək, ulu
Tanrı qarşısında bərabər olduqlarını dərk etmək üçün
yaratmışdır. Məhz buna görə islamda insan hüquqlarının təbiəti,
cəmiyyətdə insanın yeri və rolu, insan və dövlət
münasibətlərinin sivil qaydada tənzimlənməsi, insan hüquqlarının
dərəcəsi və məqsəd təyinatı kimi problemlərin müasirlik
baxımından dərk edilməsi məqsədəuyğundur.
İnsan hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış təsisatların
effektiv fəaliyyətini təmin edən əsas şərtlər aşağıdakılardır :
-
Demokratik dəyərlər yüksək qiymətləndirilən dövlət daxilində
insan hüquqlarının müdafiəsi bütün qanunlarda öz əksini tapır.
Bu yönümdə ixtisaslaşan təsisatlar heç bir siyasi təsirə tabe
olmur.
-
İstər vətəndaşlar, istərsə də dövlət məmurları insan
hüquqlarının mahiyyətinə dərk olunmuş münasitbət bəsləyir, bu
hüquqların müdafiəsində qarşılıqlı marağa əsaslanırlar.
-
Hakimiyyətin hər üç qolu insan hüquqlarının nəinki müdafiəsini
təmin edir, hər cür əyintilərə, hüquqların
məhdudlaşdırılmasına qarşı vahid cəbhə kimi çıxış edərək bu
sahədə məsuliyyət bölğüsünu təmin edir.
Məhz prioritetin insan hüquqlarının müdafiəsinə verildiyi, güclü
dövlət mexanizminə, effektiv hakimiyyət strukturlarına malik,
daim irəliyə doğru inkişafda olan hüquqi dövlətin yaranması
şəraitinə dövlət və vətəndaş münasibətləri keyfiyyətcə yeni
səviyyəyə yüksəlir, Ombudsman təsisatı kimi qurumlar mükəmməl
hüquqamüdafiə strukturuna çevrilir.
İnsan hüquqları hər-bir vətəndaşın cəmiyyətdə azadlıq ölçüsü,
fəaliyyət sərhəddidir. İnsan hüquqlarını məhdudlaşdıran cəmiyyət
perespektivli cəmiyyət sayıla bilməz. Lakin fərdin iradəsinin və
siyasi fəallığının güclü və məqsədəuyğunluğundan aslı olmayaraq
dövlət orqanlarının diktatına, məmur özbaşınalığına qarşı
müqavimət effektli olmur. Məhz belə şəraitdə vətəndaşın köməyinə
dövlətlə vətəndaş arasında vasitəçi rolunu müvəffəqiyyətlə
yerinə yetirməyə qadir təsisatlar gəlir.
Dünyanın bir sıra ölkələrində Ombudsman təsisatının uzun illər
boyunca fəaliyyət tarixi, bu təsisatın hələ də mükəmməl modelə
doğru irəlilədiyini söyləməyə imkan verir.
Bu
gün Azərbaycan dünya ölkələrinin tarixi təcrübəsindən, Paris
prinsiplərinin mühüm müddəalarından bəhrələnərək yeni təsisatın
yaranması ərəfəsindədir. Yeni yaranacaq qurumun məzmun və
mahiyyəti, insan hüquqlarının qorunması sahəsində konkret
funksiyası onun həyatiliyini təmin edən cəhətlərin reallığı
ictimaiyyəti maraqlandıran problemlərdəndir. Bu cür dünyanın
100-dən çox ölkələrində, müxtəlif adlar altında fəaliyyət
göstərən bu təsisatın Azərbaycanda yaranması ölkəmizin Avropa
strukturlarına inteqrasiyasının, Avropa hüquq məkanına daxil
olmasının vacib şərtidir.
MDB
məkanında Rusiya, Gürcüstan, Moldova, Özbəkistan, Ukraynada
fəaliyyət göstərən bu təsisat Azərbaycanda İnsan hüquqları üzrə
xalq müvəkkili adı altında fəaliyyət göstərəcək. Xalq
müvəkkilinin parlament tərəfindən təstiq olunmasının üstünlüyü
ondadır ki, insan hüquqlarının pozulması çox vaxt icra
hakimiyyəti strukturları tərəfindən baş verdiyindən yeni
təsisatın müstəqilliyi və obyektivliyini təmin etmək məqsədi ilə
qanunverici orqan tərəfindən təsis olunması ən optimal
variantdır.
Yeni yaranmış təsisat öz fəaliyyətində Paris prinsiplərinə
əsaslanacaq.
1991-ci ilin oktyabırında Parisdə bu təsisatların insan
hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyət proqramında irəliyə
doğru addım atıldı. BMT-nin İnsan hüquqları Mərkəzinin təşəbbüsü
ilə çağırılmış iclasda 35 milli təsisatın fəaliyyəti nəzərdən
keçirildi. 3 günlük diskussiyaların nəticələri BMT-nin İnsan
Hüquqları Komissiyası tərəfindən 1993-cü ildə təsdiq olunaraq
Paris prinsipləri adı altında məhşur tövsiyyələrə çevrildi. Bu
tövsiyyələrə əsasən yeni tarixi şərait bütün ölkələrdə İnsan
hüquqlarının müdafiəsi üzrə ixtisaslaşan milli təsisatların
yaranmasını zərurətə çevirir.
Paris prinsiplərinə əsasən təsisatın əsas vəzifəsi İnsan
hüquqlarının müdafiəsi ilə əlaqədar hökumətə, parlamentə, dövlət
orqanlarına tövsiyyələr və məruzələr hazırlamaq, öz işini
məhkəmələr, prokurorluq, daxili işlər orqanları icra hakimiyyəti
ilə koordinasiya etmək, bu təşkilatlardan alınan informasiyaları
ümumiləşdirmək, real vəziyyətlə müqayisə edərək analitik təhlil
aparmaqdan ibarətdir. Milli qanunvericiliyin öyrənilməsi və
təkmilləşdirilməsi, onun beynəlxalq sənədlərlə
uyğunlaşdırılması, insan hüquqlarına dair qəbul edilmiş
Konvensiyalara qoşularaq onların ratifikasiyasına nail olmaq
sahəsində fəal iş aparmaq, Beynəlxalq Konvensiyalarda öz əksini
tapan müddəaların milli dövlət sərhədləri çərçivəsində tam təmin
olunmasına yardım göstərmək də Paris prinsiplərinin əsas
tələblərindəndir. Dövlət orqanları sistemində Ombudsmanın xüsusi
mövqeyi, müstəqilliyi, fəaliyyətindəki şəffaflıq, vəzifəli
şəxslər tərəfindən onun fəaliyyətinə hər hansı bir müdaxilənin
yolverilməzliyi bu təsisatın fəaliyətnin effektivliyini təmin
edir. Vətəndaşların şikayəti ilə əlaqədar Ombudsmanın dövlət
hakimiyyəti ilə yerli özünüidarə orqanlarından, vəzifəli
şəxslərdən zəruri məlumat, sənəd və materiallar almaq hüquqi
olmalıdır.
Öz
fəaliyyətinə qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq,
faktların yerində təhqiqi, rəylərin hazırlanması, birgə
tədbirlərin keçirilməsi zamanı Ombudsmanın müstəqilliyi, görülən
işlər barəsində KİV-nə mütəmadi məlumatların verilməsi,
operativlik, çeviklik yeni yaranacaq təsisatın əsas
vəzifələrindəndir.
Ombudsman təsisatı qeyri-formal institut olub, alternativ
məhkəmə funksiyasını yerinə yetirir. O müstəqil üçüncü tərəfdir.
Özlüyündə bu institut paradoksaldır. Onun məhkəmə və prokurorluq
orqanlarına bilavasitə təsiri məhduddur. Onun təhqiqat imkanları
geniş olsa da təsir vasitəsində əsasən inandırma metoduna
üstünlük verir. İctimai rəyin formalaşdırılmasında istər
bütövlüklə təsisatın, ən əsası isə öz şəxsi nüfuzu vasitəsi ilə
vətəndaşların inam və etibarını qazanmış insan hüquqları üzrə
xalq müvəkkilinin rolu təkzibolunmazdır.
Parlament qarşısında hər hesabatı zamanı ölkədə insan
hüquqlarının təmin olunması sahəsində görülən işlər, müxtəlif
dövlət strukturlarında çalışan vəzifəli şəxslər tərəfindən
vətəndaşların hüquqlarının pozulmasına dair məlumatlar ölkədə
demokratik prinsiplərin bərqərar olmasına kömək edəcək, vətəndaş
cəmiyyətin formalaşmasında mühüm addım olacaq.
2001-ci il iyulun 2-də Azərbaycan Respublikası Milli Məclisi
növbədənkənar sessiyanın son iclasında ?Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman)
haqqında? sənədin qəbulunu məqsədəuyğun yolla irəliləyən
Azərbaycan cəmiyyətinin İnsan hüquq və azadlıqlarının
müdafiəsinə sadiqliyinin bayrağına sülh, ədalət sözü yazmış
dünyəvi dövlətin ümumbəşəri dəyərlərə böyük ehtiramının ifadəsi
idi. |