Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin
edilməsi sahəsində tədbirlər haqqında Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra
beynəlxalq dövlətlər birliyinin tamhüquqlu üzvü kimi əsrlərin
sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul
edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu
özünün inkişaf yolu seçmişdir. Bu gün hər bir cəmiyyətin və
dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmət
olmadan mümkün deyil. Demokratiya, inkişaf, insan hüquq və
azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı olan və
bir-birini şərtləndirən amillərdir. Insan hüquqları müxtəlif
iqtisadi və siyasi sistemlərin, ideologiyaların və
mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və
cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas
meyardır. Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən
sayılan insan hüquqları bu gün hamının anladığı və anlamalı
olduğu əvəzsiz nailiyyətdir. Insan hüquqlarına hörmət, insan
hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur.
-
Siruz Təbrizлi Azərbaycan Respublikasi Milli
Məclisinin Insan Huguglari Daimi Komissiyasının Sədri Salam,
İcazə verin, Azərbaycanda insan hüquqları problemini
işıqlandıran ilk milli saytda – “Azərbaycanda İnsan Hüquqları”
saytında Sizi ürəkdən salamlayaq. Son on il ərzində
informasiya-kommunikasiya texnologiyaları həyatımızda kifayət
qədər möhkəm yer tutsa da, Azərbaycanda vətəndaş çəmiyyətinin
qurulması ümumi prosesinin ayrılmaz tərkib hissəsi kimi, insan
hüquqlarının təmin və müdafiə edilməsini işıqlandıran
informasiya resursu indiyədək təəsüflər olsun ki, mövcud
deyildi. -
Rəbiyyət Aslanova
Millət Vəkili, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədr müavini
Azərbaycanda İnsan hüquqları və milli təsisatlar
«Demokratiya insanların şüurunda dəyişilik deməkdir. Bu dəyişiklik heç bir inqilabla olmur, təkamül yoluyla tədricən gedir». (H. Əliyev)
Bəşəriyyətin inkişaf tarixi əslində insan hüquq və azadlıqlarının düşüncələrindən tətbiqata, xəyaldan gerçəkliyə çevrilmə prosesində müşahidə olunan mübarizələr tarixidir. Özünüdərkdən özünütəsdiqə uzanan keşməkeşli yollarla irəliləyərək dünyada onun maddi və mənəvi varlığını məhdudlaşdırmaq istəyən maneələri, sədləri dəf etməyə çalışan insan daimi haqq və ədalət axtarışlarında olmuş, mükəmməl cəmiyyət, müasir ifadəylə, ilk növbədə daxili azadlığını təmin edəcək demokratik dövlətə qovuşmaq üçün mücadilə verilmişdir. İnsanlığın tərəqqisinə xidmət edən tarixi şəxsiyyətlər öz əqli imkanlarını bu ideyanın reallaşması yollarının tapılmasına yönəltmiş, neçə-neçə azadlıq mübarizi öz canlarını fəda etməkdən belə çəkinməmiş, artıq bizim üçün tarixə çevrilmiş şanlı səhifələrə ortaq imza atmışlar.-
Əli Hüseynov
Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədr müavini. Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü.
Azərbaycan Respublikasında Ombudsman təsisatının yaradılması zərurəti.
Əsrlər boyu dövlət və insan münasibətləri mütləq suverenlik prinsiplərindən irəli gələrək hər bir dövlətin müstəsna daxili məsələsi idi. Dövlətlər insanlarla istədikləri kimi rəftar edirlər, bu isə ədalətsizliklərə gətirib çıxartdı. Ədalətsiz şəraitdə dözümü tükənən insanlar zaman-zaman üsyanlar qaldırır, inqilablar edirdilər. Elə Azərbaycanın tarixində də buna çoxlu misal gətirmək olar. Harada baş verməsindən və nə ilə nəticələnməsindən asılı olmayaraq bütün xalq hərəkatının və inqilabların eyni səciyyəvi xüsusiyyəti var – onların hamısı haqq və ədalət naminə edilibdir. -
Müstəqil Azərbaycan Respublikası və onun Parlamenti
1918-20-ci illər Azərbaycan xalqının siyasi şüurunun təşəkkül
tapdığı , milli özünüdərk prosseslərinin misilsiz vüsət aldığı
bir dövrdür. Azərbaycan Xalq Cümhuriyyəti məhrumiyyətlərlə
dolu olan çox mürəkkəb tarixi şəraitdə meydana gəlmişdi.
Birinci dünya müharibəsi nəticəsində zəifləmiş çar Rusiyasını
siyasi intriqalar didib-parçalayırdı. Rusiya artıq öz hegomon
rolunu itirmişdi, əsrlər boyu xalqları əsarətdə saxlamış
imperiya süquta doğru gedirdi. 1917-ci ilin fevral inqilabı
“ikibaşlı əjdaha”nı birdəfəlik devirdi. Zaqafqaziyadan Dövlət
Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi
üzrə xüsusi komitə, sonra isə Zaqafqaziya Komissarlığı adı ilə
tanınan hökumət təşkil edildi. İlk dəfə təsis edilən bu vahid
hökumət 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziya Seymini
çağırdı. Zaqafqaziyanın üç əsas xalqının, habelə digər
millətlərin nümayəndələrindən ibarət olan Seym 1918-ci il
aprelin 9-da Zaqafqaziyanın istiqlalını elan etdi. -
May aynnnn
4-də Azərbaycan Respublikası Milli Məclisinin İnsan Hüquqları Daimi Komisiyası, Vətəndaş Hüquqları Müdafiə Fondu və “Qeyri-kommersiyə Hüququ üzrə Beynəlxalq mərkəz” «Avropa» otelində birgə konfransa keçirmişlər. Konfransın mövzusu
“Qeyri- Hokümət təşkilatlarının vergiyə jəlb olunması Azərbaycan qanunvericiliyində və beynəlxalq təcrübə” olmuşdur.
May ayının
6-da Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları Daimi Komissiyası, Vətəndaş Hüquqları Müdafiə Fondu və “Qeyri-kommersiyə Hüququ üzrə Beynəlxalq mərkəz” «Avropa» otelində
“Qeyri-Hokümət təşkilatlarının qeydiyətı Azərbaycan qanunvericiliyində və beynəlxalq təcrübə”
mövzusunda birgə konfrans keçirmişlər.-
Mass - media nümayəndələrinin diqqətinə:
Suallarınız və sizi
maraqlandıran hər bir məsələ əlagədər olaraq elektron poçt
vasitəsi ilə aşağıda göstərilən ünvana müraciyət edə bilərsiniz.
contacts@humanrights.az